Menyu

Cey Di Vens ABŞ-nin İranla hərbi gərginliyi artırmasından narahatlığını bildirib

Operativ Media
Cey Di Vens ABŞ-nin İranla hərbi gərginliyi artırmasından narahatlığını bildirib

ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən iclasda İranla hərbi münaqişənin miqyasının genişlənməsi ehtimalından narahatlığını ifadə edib.

Operativ Media xəbər verir ki, CNN telekanalının mənbələrinə istinadən verdiyi məlumata görə, iyulun 24-də prezident Donald Trampın iştirakı ilə baş tutan müzakirələrdə Vens ilə yanaşı, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də mümkün gərginliklə bağlı narahatlıqlarını diqqətə çatdırıblar. Keyn vurğulayıb ki, hərbi əməliyyatların miqyasının artması ölkənin sursat ehtiyatlarının daha da tükənməsinə səbəb ola bilər.

​Pentaqondakı mənbə telekanala açıqlamasında əməliyyatların müvəqqəti dayandırıldığını təsdiqləsə də, hərbi idarənin İrana zərbələr endirməyə niyə fasilə verdiyi dəqiq bəlli deyil. Bildirilib ki, Fars körfəzi ölkələri də Vaşinqton administrasiyasına müraciət edərək İranla münasibətlərdə təmkinli olmağa çağırıblar. Digər bir mənbənin sözlərinə görə, Tramp qapalı şəkildə amerikalı danışıqçılara Tehranla təmasları davam etdirmək barədə tapşırıq verib.

​Xatırladaq ki, ABŞ dövlət başçısı daha əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək və ölkəyə kütləvi zərbələr endirmək imkanlarını dəyərləndirdiyini bəyan etmişdi. Lakin "The New York Times" qəzetinin mənbələrinə istinadən yaydığı son məlumatlara görə, Ağ Ev rəhbəri münaqişəni kəskinləşdirmək qərarını hələlik təxirə salıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər