Bu il peşə təhsilinə ayrılan plan yerlərinin sayı açıqlanıb
Nicat Hüseynli
2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb.
Operativ Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirir ki, 2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb.
Ayrılmış plan yerlərinin:
3 000-i ilk peşə təhsili səviyyəsinə aiddir;
27 260-ı texniki peşə təhsili;
2 860-ı yüksək texniki peşə təhsili;
Cari tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net