Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilib
Operativ Media
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən növbəti məsələ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adının dəyişdirilərək Onomastika adlandırılması haqqında olub.
Bu barədə Operativ Media-ya AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki nitqində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu tapşırıqlardan irəli gələrək Akademiyada dərhal bir sıra addımlar atılıb. O qeyd edib ki, Toponimika şöbəsinin funksiyalarının genişləndirilməsi və adının dəyişdirilərək Onomastika adlandırılması atılmış addımların məntiqi davamıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net