71 yaşlı kişinin meyiti evinin həyətində tapıldı
Operativ Media
Hacıqabulda yaşlı kişi yaşadığı evin həyətində ölü vəziyyətdə aşkarlanıb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Əsəd Abdullayev yaşadığı evin həyətindəki tikilidə ölü halda tapılıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.
Bildirilir ki, Ə. Abdullayev son vaxtlar səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırmış.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net