Menyu

Azərbaycan taekvondoçusu xüsusi mükafata layiq görülüb

Əziz Əzizli
Azərbaycan taekvondoçusu xüsusi mükafata layiq görülüb

Azərbaycan taekvondoçusu, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.

Operativ Media xəbər verir ki, mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) mükafatlandırma mərasimi keçirilib.

Qala gecədə idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.

Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər