Menyu

AFFA-da Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi

Əziz Əzizli
AFFA-da Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Türkiyə Gənclər və İdman Nazirliyi arasında 2024-cü ildə imzalanmış protokola əsasən, Bakıda “Məşqçi təlimi” mübadiləsi proqramı keçirilir. 

Operativ Media xəbər verir ki, proqrama uyğun olaraq, 8 nəfərdən ibarət Türkiyə nümayəndə heyətinin bir sıra görüşləri təşkil olunur. Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində görüş baş tutub, “Məşqçi təlimində proqramlaşdırma sistemi” mövzusunda dinləmələr olub. Tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.

“Məşqçi təlimi” mübadiləsi proqramı əsasında Türkiyə Gənclər və İdman Nazirliyinin nümayəndələri mayın 16-dək Bakıda görüşlər keçirəcəklər.

Qeyd edək ki, 24-27 aprel 2024-cü il tarixlərində İstanbulda gənclər və idman sahəsində əməkdaşlıq işçi qrupunun 2-ci iclası keçirilib və bu çərçivədə protokol imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər