"Sampdoria"nın kişi, qadın və gənclər komandalarının hamısı eyni mövsümdə aşağı liqalara düşüb
Əziz Əzizli
"Sampdoria" futbol tarixində qeyri-adi antirekordun müəllifi olub.
Operativ Media xəbər verir ki, 2024/25 mövsümündən sonra İtaliya klubunun kişi, qadın və gənclərdən ibarət komandaları öz liqalarından aşağı liqaya düşüb.
Kişilər komandası B Seriyasını 18-ci pillədə başa vuraraq C Seriyasına, qadınlardan ibarət komanda A Seriyasında sonuncu, gənclər komandası isə 21 yaşadək futbolçulardan ibarət İtaliya çempionatında sondan ikinci yeri tutaraq aşağı liqaya yuvarlanıb.
Həmçinin "Samdoria"nın gənclərdən ibarət komandası U18 çempionatında sonuncu sıradadır, lakin oradakı komandalar aşağı liqaya düşmür.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma