Qyokeres "Arsenal"ın ən yüksək maaş alan oyunçularından birinə çevrilə bilər
Əziz Əzizli
"Sportinq"in hücumçusu Viktor Qyokeres karyerasını İngiltərədə davam etdirə bilər.
Operativ Media xəbər verir ki, jurnalist Con Krossun X sosial şəbəkəsində verdiyi məlumata görə, "Arsenal" 26 yaşlı isveçli ilə müqavilə imzalamaqda maraqlıdır.
Mənbənin sözlərinə görə, forvard həftəlik 240 min avro almaq istəyir ki, bu da onu klubda ən çox maaş alan futbolçulardan birinə çevirəcək.
Qyokeres bu mövsüm bütün turnirlərdə 50 matçda 52 qol vurub və 13 məhsuldar ötürmə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma