Menyu

Faiq Həsənov ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşdü

Əziz Əzizli
Faiq Həsənov ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşdü

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə dünyaca məşhur Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub.

Operativ Media xəbər verir ki, bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib.

Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib. 55 il 277 gün efirdə olan verilişin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb.

Gənclər və idman naziri Fərid Qayıbov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov verilişin şahmatın inkişafı və gənclər arasında təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər