"Qalatasaray" çempionluğa bir addım da yaxınlaşdı
Əziz Əzizli
Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, lider "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olub.
Çempionluq yarışında vacib matçda "sarı-qırmızılı"lar 2-0 hesablı qələbəyə seviniblər.
Xallarının sayını 86-a çatdıran Okan Burukun yetirmələri sona 3 tur qalmış ən yaxın izləyicisi "Fənərbaxça"nı 8 xal qabaqlayırlar.
Qeyd edək ki, "Qalatasaray"ın çempion olması üçün son 3 oyundan 1 xal qazanması lazımdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net