Azərbaycanın 3x3 qadın millisi may turnirlərinə 6 oyunçu ilə qatılacaq
Əziz Əzizli
Azərbaycanın 3x3 basketbol millisinin Qadın seriyası üçün heyəti bəlli olub.
Operativ Media xəbər verir ki, yığmamız turnirə 6 oyunçu sifariş edib.
Dünya kubokunun mayın 24-25-də keçiriləcək seçmə mərhələsində oynayacaq Aleksandra Mollenhauer, Dina Ulyanova, Arika Karter, Brianna Frezer “dördlüy”ü ilə yanaşı Tifani Hayes və Tatyana Deniskina da Qadın seriyası üçün heyətdə olacaq. Bu turnirin Bakı mərhələsi seçmə oyunlardan dərhal sonra mayın 26-27-də baş tutacaq.
Qeyd edək ki, yığmamız hələlik seriyanın iki turnirinə - Bakı və Sumqayıt mərhələləri üçün qeydiyyatdan keçib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net