Menyu

1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyəti qismən məhdudlaşdırılacaq

1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyəti qismən məhdudlaşdırılacaq

Sumqayıt şəhərinin Bakı küçəsi, 15-ci məhəllə 42d ünvanında yerləşən “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 16 mart - 7 aprel 2025-ci il tarixində fəaliyyətini qismən məhdudlaşdıracaq.

Operativ Media xəbər verir ki, bu barədə  Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat yayıb

Vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, “Azərişıq” ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər. 

Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.

Vətəndaşlarımızdan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər “ASAN xidmət” mərkəzlərinə müraciət etmələrini xahiş edirik.

Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi

Teqlər:

"1 sayl\u0131 Sumqay\u0131t \u201cASAN xidm\u0259t\u201d m\u0259rk\u0259zinin f\u0259aliyy\u0259ti qism\u0259n m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər