Menyu

MN-dəki 2 milyonluq mənimsəmə ilə bağlı təqsirli bilinən zabitə hökm oxunub

Əsəd Abbaslı
MN-dəki 2 milyonluq mənimsəmə ilə bağlı təqsirli bilinən zabitə hökm oxunub

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Operativ Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Ötən ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Teqlər:

"MN-d\u0259ki 2 milyonluq m\u0259nims\u0259m\u0259 il\u0259 ba\u011fl\u0131 t\u0259qsirli bilin\u0259n zabit\u0259 h\u00f6km oxunub"

Əlaqəli Xəbərlər