Menyu

Qarayazı qoruğunda yanğın söndürülüb - YENİLƏNİB

Əsəd Abbaslı
Qarayazı qoruğunda yanğın söndürülüb - YENİLƏNİB

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verib və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

16:05

Qarayazı Dövlət Təbiət Qoruğununda Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Operativ Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Teqlər:

"Qarayaz\u0131 qoru\u011funda yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər