Menyu

Azərbaycanda 105 minə yaxın yeni nəsil NKA quraşdırılıb

Nərmin Qocamanlı
Azərbaycanda 105 minə yaxın yeni nəsil NKA quraşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Operativ Media xəbər verir ki, indiyədək ölkə ərazisində 104.995 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan, yaxud 9,7 faizdən çox artım deməkdir.

Teqlər:

"Az\u0259rbaycanda 105 min\u0259 yax\u0131n yeni n\u0259sil NKA qura\u015fd\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər