Menyu

Bakıda axtarışda olan şəxslər saxlanılıb

Əziz Əzizli
Bakıda axtarışda olan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da axtar\u0131\u015fda olan \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər