Bakı-Ələt-Qazax-Gürcüstan yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Bu barədə Operativ Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
Teqlər:
"Bak\u0131-\u018fl\u0259t-Qazax-G\u00fcrc\u00fcstan yolunda h\u0259r\u0259k\u0259t qism\u0259n m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq"