Azərbaycanda dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib
Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Siyahıya Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əlavə olunub.
Teqlər:
"Az\u0259rbaycanda d\u00f6vl\u0259t orqanlar\u0131 \u00fc\u00e7\u00fcn vahid indeksl\u0259rin siyah\u0131s\u0131 geni\u015fl\u0259nib"