Menyu

Ağdamdakı qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Əsəd Abbaslı
Ağdamdakı qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ci il tarixində saat 19:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

20:25

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi məlumat yayıb.

Hadisə zamanı, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli  yolunda avtomobil qəzasına uğrayıblar. 

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Teqlər:

"A\u011fdamdak\u0131 q\u0259zada x\u0259sar\u0259t alan \u015f\u0259xsin v\u0259ziyy\u0259ti a\u00e7\u0131qlan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər