Menyu

AZAL bayramlarla əlaqədar Naxçıvan istiqamətində biletləri əvvəlcədən almağı tövsiyə edib

AZAL bayramlarla əlaqədar Naxçıvan istiqamətində biletləri əvvəlcədən almağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Bu barədə Operativ Media-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat verib 

 Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.

Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

 

Teqlər:

"AZAL bayramlarla \u0259laq\u0259dar Nax\u00e7\u0131van istiqam\u0259tind\u0259 biletl\u0259ri \u0259vv\u0259lc\u0259d\u0259n alma\u011f\u0131 t\u00f6vsiy\u0259 edib"

Əlaqəli Xəbərlər