Menyu

12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub

12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub

Ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu barədə Operativ Media-ya Baş Prokurorluq məlumat verib.

İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib. 

İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlı qalan cinayət işlərinin açılması istiqamətində beynəlxalq əməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə birgə effektiv istintaq tədbirləri həyata keçirir.

Teqlər:

"12 il \u0259vv\u0259l adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsl\u0259r m\u0259suliyy\u0259t\u0259 c\u0259lb olunub"

Əlaqəli Xəbərlər