Bakı-Quba-Rusiya yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Nərmin Qocamanlı
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yol ötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 8-i saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Operativ Media-ya verilən məlumata görə, məhdudlaşma təmir işləri yekunlaşanadək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən müddət ərzində həmin hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.
Teqlər:
"Bak\u0131-Quba-Rusiya yolunda n\u0259qliyyat\u0131n h\u0259r\u0259k\u0259ti qism\u0259n m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq"