Menyu

Ağdərə rayonunun Həsənriz kəndinə daha 25 ailə köçürülüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ağdərə rayonunun Həsənriz kəndinə daha 25 ailə köçürülüb - YENİLƏNİB

Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Operativ Media-nın məlumatına görə, kəndə bu gün köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Bununla da Həsənriz kəndinə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb.

 

 

***

11:12

 

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

Operativ Media xəbər verir ki, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə çatdırılıb.

Teqlər:

"A\u011fd\u0259r\u0259 rayonunun H\u0259s\u0259nriz k\u0259ndin\u0259 daha 25 ail\u0259 k\u00f6\u00e7\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər