Menyu

Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat  yayılıb.

Vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Teqlər:

"Ba\u015f prokuror Suraxan\u0131 rayonunda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər