Menyu

Xocavənd rayonunda hərbi sursat partlayıb, xəsarət alan var - YENİLƏNİB

Xocavənd rayonunda hərbi sursat partlayıb, xəsarət alan var - YENİLƏNİB

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. 

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 

Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.

 

 ***

14:25

2025-ci il 5 mart tarixində Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Operativ media xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb

2025-ci il 5 mart tarixində Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

 

Teqlər:

"Xocav\u0259nd rayonunda h\u0259rbi sursat partlay\u0131b x\u0259sar\u0259t alan var - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər