Bu gün Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi 2025 keçirilir.
Operativ Media xəbər verir ki, tədbir 3 paneldən ibarət olacaq.
Birinci paneldə "Lider Qadın yoxsa, Qadın Lider", 2-ci "Paneldə İnnovasiya və Strateji yanaşmalar', 3-cü paneldə isə "Rəqəmsal Trendlər dövründə Qadınlar" mövzusunda müzakirələr aparılacaq.
DİM-in idarə heyətinin sədri Məleykə Abbaszadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputat Nigar Arpadarai, Ombudsman Səbinə Əliyeva və başqa önəmli şəxslər iştirak edir.