ADY: Hərəkətdə olan qatarın qarşısına çıxan yeniyetmə ölüb
Nərmin Qocamanlı
Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.
Teqlər:
"ADY: H\u0259r\u0259k\u0259td\u0259 olan qatar\u0131n qar\u015f\u0131s\u0131na \u00e7\u0131xan yeniyetm\u0259 \u00f6l\u00fcb"