Ağdamda yolu keçmək istəyən piyadanı avtomobil vurub.
Operativ Media xəbər verir ki, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.
Yolu keçmək istəyən qəsəbə sakini 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlunu 21 yaşlı Şirəliyev Elcanın idarə etdiyi "Prado" markalı avtomobil vurub.
Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardım göstərilərək Ələmdar Həsənovu təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib.