Ana səhifə / Ölkə / Yeddi şəhərdə 200 lift quraşdırılacaq Yeddi şəhərdə 200 lift quraşdırılacaq 28.02.2025, 15:29 Yeddi şəhər üzrə 200 liftin quraşdırılmasına 9 940 000 manat vəsait ayrılıb. Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamda əksini tapıb. Sənədə əsasən, paytaxtda 141 lift quraşdırılacaq. Bu işin icrasına 7 007 700 manat vəsait xərclənəcək. Həmçinin, Sumqayıtda 30 (1 491 000 manat), Naxçıvanda 11 (546 700 manat), Gəncədə 10 (497 000 manat), Xırdalanda 5 (248 500 manat), Qazaxda 2 (99 400 manat), Bərdədə 1 (49 700 manat) lift quraşdırılacaq. Teqlər: "Yeddi \u015f\u0259h\u0259rd\u0259 200 lift qura\u015fd\u0131r\u0131lacaq"