Menyu

Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

Operativ  Media  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təxliyə edilib.

Teqlər:

"\u00d6t\u0259n sutka 31 yan\u011f\u0131na \u00e7\u0131x\u0131\u015f olub 4 n\u0259f\u0259r xilas edilib"

Əlaqəli Xəbərlər