Menyu

Braziliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Braziliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Braziliyadakı Səfirliyində anım mərasimi keçirilmişdir. 

Operativ Media  Azərbaycan Respublikasının Səfirliyinə istinadən Xəbər verir ki, tədbirdə yerli media nümayəndələri, professor, tədqiqatçı və akademik dairənin digər üzvləri, o cümlədən Braziliya Strateji Araşdırmalar İnstitutunun rəhbər heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edən səfir Rəşad Novruz Ermənistan tərəfindən uzun illər boyu Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətindən bəhs edərək, Xocalı soyqırımının tarixi və nəticələri barədə iştirakçılara geniş məlumat vermiş, soyqırım aktına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməli olduğunu və bu soyqırımı törədən cinayətkarların cəzalandırılmasının zəruriliyini vurğulamışdır. 

Səfir qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilən Xocalıda aparılan böyük quruculuq-abadlıq işlərinə toxunmuş və Xocalı sakinlərinin artıq doğma yurdlarına qayıtmağa başladığını qeyd etmişdir.

Daha sonra Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film izlənilmiş və Xocalı soyqırımına dair mətbuat-relizləri tədbir iştirakçılarına paylanmışdır.

Teqlər:

"Braziliyada Xocal\u0131 soyq\u0131r\u0131m\u0131 qurbanlar\u0131n\u0131n xatir\u0259si an\u0131l\u0131b"

Əlaqəli Xəbərlər