8 Mart ilə əlaqədar təhsil müəssisələrinə tapşırıqlar verilib
Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması üzrə fəaliyyət, PISA 2025 tədqiqatının təşkili və digər mövzularda müzakirələr aparılıb.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub. Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.
Teqlər:
"8 Mart il\u0259 \u0259laq\u0259dar t\u0259hsil m\u00fc\u0259ssis\u0259l\u0259rin\u0259 tap\u015f\u0131r\u0131qlar verilib"