Menyu

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır

Nərmin Qocamanlı
Polis əməkdaşları hava şəraiti ilə əlaqədar bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Teqlər:

"Polis \u0259m\u0259kda\u015flar\u0131 hava \u015f\u0259raiti il\u0259 \u0259laq\u0259dar b\u00f6lg\u0259l\u0259rd\u0259 g\u00fccl\u0259ndirilmi\u015f rejimd\u0259 xidm\u0259t apar\u0131r"

Fotogalereya

Əlaqəli Xəbərlər