Menyu

Tovuzda mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Əsəd Abbaslı
Tovuzda mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Teqlər:

"Tovuzda m\u0259nzild\u0259 ba\u011fl\u0131 qap\u0131 arxas\u0131nda qalan azya\u015fl\u0131 xilas edilib"

Əlaqəli Xəbərlər