Menyu

XRİTDX-nin şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyini ziyarət edib

Nərmin Qocamanlı
XRİTDX-nin şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyini ziyarət edib

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyini ziyarət edib.

XRİTDX-nin əməkdaşları burada təqdim olunmuş xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu, Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyini qurbanları, yerli əhalinin şəxsi əşyaları, sənədləri və fotoları ilə tanış olublar.

Daha sonra ziyarətçilərə “Əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilib.

Bununla yanaşı XRİTDX-nın inzibati binasında da Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Teqlər:

"XR\u0130TDX-nin \u015f\u0259xsi hey\u0259ti H\u0259rbi Prokurorlu\u011fun Memorial Soyq\u0131r\u0131m Muzeyini ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər