Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb
Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla təqsirli bilinən şəxsin bundan öncə “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.
Teqlər:
"Bak\u0131da avtomobild\u0259n 15 min avroya yax\u0131n pul o\u011furlan\u0131b"