Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başa çatır
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başa çatır.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.
Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.
Teqlər:
"Q\u0259bul imtahanlar\u0131n\u0131n II m\u0259rh\u0259l\u0259si \u00fczr\u0259 s\u0131naq imtahan\u0131na qeydiyyat ba\u015fa \u00e7at\u0131r"