Menyu

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında növbəti iclası keçirilib.

Operativ Media  xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Qanun layihələri barədə qısa məlumat verən komitə sədri “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bu xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədi ilə hazırlanıb.

Komitə sədri Musa Quliyev “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, layihə bir sıra müddəaları yeni qanunvericilik normalarına uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Sonra qanun layihələrində nəzərdə tutulan mahiyyət və məzmun dəyişikliklərinin ətraflı şərhini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, sənəddə təklif olunan dəyişikliklərdə sosial xidmətin obyekti və subyekti olan şəxslərin bir-birinin şərəf və ləyaqətinə hörmətlə yanaşması, sosial xidmət barədə müraciətə baxılması və digər prosedur məsələlərin konkretləşdirilməsi, ehtiyacı olan bütün şəxslərin sosial xidmətlərlə əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərin sırasına sosial-mədəni xidmət növünün də əlavə edilməsi kimi məsələlər öz əksini tapıb.

Teqlər:

"Milli M\u0259clisin \u018fm\u0259k v\u0259 sosial siyas\u0259t komit\u0259sinin iclas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər