Menyu

"Ağsu" mehmanxanasının fəaliyyəti dayandırılıb

"Ağsu" mehmanxanasının fəaliyyəti dayandırılıb

Ağsuda təhlükəsizlik sahəsində nöqsanları olan mehmanxananın fəaliyyəti dayandırılıb.

Operativ Media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyekt yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur. Təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verilib. Obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb. Obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib.

 

Teqlər:

"\"A\u011fsu\" mehmanxanas\u0131n\u0131n f\u0259aliyy\u0259ti dayand\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər