Menyu

Ekspert: Ali məktəblərdə təcrübə və təhsil paralel şəkildə aparılmalıdır

Nərmin Qocamanlı
Ekspert: Ali məktəblərdə təcrübə və təhsil paralel şəkildə aparılmalıdır

Bir ölkənin inkişafı deməl olar ki, həmin ölkədə mövcud olan təhsil sistemindən asılıdır.

Azərbaycanda təhsil sistemi bir çox müsbət keyfiyyətlərə malikdir. Lakin mövcud olan mənfi reallıqlar da var. Elə bu reallıqlardan biri də ali təhsil müəssisələrində verilən təhsil və təcrübə arasındakı uyğunsuzluqdur.

Bəs təhsil və tərcübə arasındakı uyğunsuzluqlar necə aradan qaldırıla bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Operativ Media"ya danışıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan təhsilində təcrübə bir qədər arxa planda qalır: "Təcrübə və təhsil paralel aparılmalıdır. Ali təhsil müəssisələrində sonuncu kursun sonuncu semestrində tələbələr təcrübə keçmək imkanı qazanırlar. Mənim fikrimcə, bu doğru deyil."

Həll yolunu isə ekspert belə görür: "Biz çalışmalıyıq ki, tələbələrə üçüncü kursdan müvafiq təcrübə keçmək imkanları qazandıraq. Elə ixtisaslar var ki, təkcə nəzəri biliklərin öyrənilməsi deyil, eyni zamanda praktiki biliklərin də əldə olunması əsas şərtlərdəndir. Bu səbəbdən tələbələr 3-cü kursdan etibarən müvafiq olaraq müəssisələrdə təcrübə keçərsə əlbəttə ki, tələbələrin öz ixtisasları ilə bağlı bilik və bacarıqlarına böyük töhfə verər."

Elçin Əfəndi, işəgötürənlərin təcrübə tələbindən də söz açıb: "O cümlədən işəgötürən tərəfi hər zaman təcrübə tələb edir. Üçüncü kursdan tələbələrin təcrübəyə başlaması, onların əmək fəaliyyəti ilə məşğul olmağı nəzərə alınarsa bu halda həm tələbənin təcrübəsi, həm də əmək fəaliyyəti onların iki illik təcrübəyə sahib olmalarına imkan verər. Və bununla da praktiki uyğunsuzluq aradan qalxmış olar," – deyə o qeyd edib.

Günay Nəcəfova

Teqlər:

"Ekspert: Ali m\u0259kt\u0259bl\u0259rd\u0259 t\u0259cr\u00fcb\u0259 v\u0259 t\u0259hsil paralel \u015f\u0259kild\u0259 apar\u0131lmal\u0131d\u0131r"

Əlaqəli Xəbərlər