Menyu

AAYDA: Yollar qardan təmizlənib, buzlaşmaya qarşı tədbirlər görülüb

Nərmin Qocamanlı
AAYDA: Yollar qardan təmizlənib, buzlaşmaya qarşı tədbirlər görülüb

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər görülüb.

Bu barədə Operativ Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, Agentlik gücləndirilmiş iş rejimində çalışmağa davam edib.

“Quruma məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Teqlər:

"AAYDA: Yollar qardan t\u0259mizl\u0259nib buzla\u015fmaya qar\u015f\u0131 t\u0259dbirl\u0259r g\u00f6r\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər