Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Əziz Əzizli
Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.
Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.
Teqlər:
"\u015eamax\u0131da narkotik vasit\u0259l\u0259rin sat\u0131\u015f\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xs saxlan\u0131l\u0131b"