Heydər Əliyev prospektində beton arakəsmə çöküb - YENİLƏNİB
Əsəd Abbaslı
Bakının Nizami rayonunda yolun çökməsi ilə əlaqədar Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilir.
Operativ Media xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, əraziyə agentliyin əməkdaşları və aidiyyəti qurum əməkdaşları cəlb olunub.
“Yolun altından keçən su xəttində qəza olub. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılmalıdır. Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra agentliyimiz tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq”, - qurum rəsmisi qeyd edib.
20:28
Bakıda Heydər Əliyev prospektində əsas yolla köməkçi yolu ayran beton arakəsmə çöküb.
Operativ Media xəbər ki, çöküntü səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.