KTM: Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlanıb
Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə qədər olub.
Operativ Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bu gün Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bununla bağlı təbliğat aparılır.
"Könüllü olaraq hər kəs müraciət edə bilər. Bu yaxınlarda bizə bir tələbə müraciət etmişdi. Bu zaman biz çox sevindik ki, bu cür düşünən insanlar da var", - deyə o əlavə edib.
Teqlər:
"KTM: \u00d6l\u00fcm\u00fcnd\u0259n sonra donor olmaq ist\u0259y\u0259nl\u0259rin say\u0131 a\u00e7\u0131qlan\u0131b"