Bakıda Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
Bakıda Makronizmdən, Fransa zülmündən əziyyət çəkən Dənizaşırı ərazilər, Kiçik ada ölkələri ilə Azərbaycanın vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib.
Operativ Media xəbər verir ki, görüşdə Milli Məclisin deputatları, Bakı Təşəbbüs Qrupunun rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
Məlumat verilib ki, Bakı Təşəbbüs Qrupu Qlobal Cənubla dialoqa böyük verir.
Milli Məclisin üzvü Pərvanə Vəliyeva bildirib ki, Fransa müstəmləkəsindən əziyyət çəkən xalqlara dəstəyi çərçivəsində Milli Məclisdə müvafiq dostluq qrupları təsis edilib.
O, söyləyib ki, analoji müzakirələrin keçirilməsi müstəmləkə şəraitində yaşayan xalqların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır:
"Müstəmləkədən əziyyət çəkən xalqlara dəstək verilməsi məqsədilə Bakı Təşəbbüs Qrupu ilə birgə Bəyannamə imzalanıb. Həmin sənəddə beynəlxalq hüququn bilavasitə BMT-nin Nizamnaməsi çərçivəsində təmin olunmasına dəstək bildirilib. Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti neokolonializm ilə mübarizə tədbirlərində fəal iştiraka, eləcə də müstəmləkə ərazilərində yaşayan xalqların dili və mədəniyyət nümunələrindən sərbəst istifadəsinə dəstək verməyə çağırır.
Teqlər:
"Bak\u0131da Fransa m\u00fcst\u0259ml\u0259k\u0259l\u0259rind\u0259n olan jurnalistl\u0259rl\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"