“Azərişıq” Naxçıvanda elektrik enerjisi təchizatını həyata keçirəcək
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri genişləndirilib.
Operativ Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərara etdiyi dəyişiklikdə öz əksini tapıb.
Belə ki, “Azərişıq” ASC Naxçıvan Muxtar Respublikasında da elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Teqlər:
"\u201cAz\u0259ri\u015f\u0131q\u201d Nax\u00e7\u0131vanda elektrik enerjisi t\u0259chizat\u0131n\u0131 h\u0259yata ke\u00e7ir\u0259c\u0259k"