Avtomobillərlə bağlı etibarnamələr "mygov" üzərindən veriləcək
Azərbaycanda bir neçə notariat xidməti “mygov” rəqəmsal hökumət platformasına inteqrasiya edilib.
Bu barədə Operativ Media-ya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:
Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən artıq “mygov” platformasından istifadə edərək də yararlana bilərlər.