Menyu

KTM-də əlinə mismar batan yeniyetmə əməliyyat olunub

Nərmin Qocamanlı
KTM-də əlinə mismar batan yeniyetmə əməliyyat olunub

2010-cu il təvəllüdlü azyaşlı sol əlinin bilək nahiyəsindən mismar yarası alaraq ağır infeksiya inkişaf etdirdiyi üçün Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

KTM-dən Operativ Media-ya verilən məlumata görə, müayinə zamanı ona sol əlin və saidin infiltrasiya fazasında fleqmonası diaqnozu qoyulub.

KTM-in Uşaq Cərrahiyyəsi şöbəsində aparılan müayinələr nəticəsində yarada oksigensiz mühitdə yaşayan anaerob mikrob aşkarlanıb. Bu infeksiya toxumalara ciddi zərər vuraraq dəri çürüməsinə səbəb olub. Şöbə müdiri, uşaq cərrahı İlqar Haqverdiyev və həkim, uşaq cərrahı Murad Əlibəyov tərəfindən pasiyent üzərində fleqmonanın açılması və fasiyotomiya əməliyyatı icra edilib, vətər yataqları təmizlənib.

Uğurlu cərrahi müdaxilə və təxminən iki həftəlik stasionar müalicədən sonra pasiyentin sağlamlığı bərpa edilib. Vəziyyəti qənaətbəxş olduğundan o, ambulator müalicə üçün evə buraxılıb.

Teqlər:

"KTM-d\u0259 \u0259lin\u0259 mismar batan yeniyetm\u0259 \u0259m\u0259liyyat olunub"

Əlaqəli Xəbərlər