Menyu

Bakıda çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış olub

Bakıda çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da \u00e7oxm\u0259rt\u0259b\u0259li ya\u015fay\u0131\u015f binas\u0131n\u0131n m\u0259nzilind\u0259 partlay\u0131\u015f olub"

Əlaqəli Xəbərlər