Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.